...

Dövlət sərhədini pozmaq istəyən 10 nəfər saxlanıldı

Cəmiyyət Materials 16 May 2024 12:26 (UTC +04:00)
Dövlət sərhədini pozmaq istəyən 10 nəfər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, may ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti