Bakı. Trend:
Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 616 nəfər gələn, Azərbaycandan isə 481 nəfər gedən qeydə alınıb.
Bu müddət ərzində miqrasiya saldosu ölkə üzrə müsbət 135 nəfər təşkil edib.