...

Vardanyanın həbs müddəti uzadıldı

Gündəm Materials 16 May 2024 12:42 (UTC +04:00)
Vardanyanın həbs müddəti uzadıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

Trend xəbər verir ki, Cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Səbail Rayon Məhkəməsində baxılırb.

Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti