Bakı. Trend:
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasında dəvət alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, qonşu ölkə millisinin baş məşqçisi Valeri Karpin ona 33 nəfərlik geniş heyətdə yer verib.
Ağdam təmsilçisinin qolkiperi Belarusla yoldaşlıq görüşündə çıxış etmək imkanı qazanıb. Belarus – Rusiya oyunu iyunun 7-də Minskin “Dinamo” stadionunda keçiriləcək.
Qeyd edək ki, Lunyov mart ayında keçirilən təlim-məşq toplanışına da Rusiya yığmasına dəvət edilmişdi. Andrey Serbiya ilə keçirilən yoxlama matçında forma geyinmək şansı qazanmamışdı.