Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin İsrailə bəzi silah növlərinin satışını dayandırmaq qərarını ləğv edən qanun layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.
Məlumata əsasən, qanun layihəsinin lehinə 224 deputat, əleyhinə 187 deputat səs verib.
Qanun layihəsi prezidentin Konqres tərəfindən təsdiqlənmiş ABŞ-ın İsrailə silah satışını dayandırması və ya ləğv etməsinin qarşısını alacaq. Qanun layihəsinin qüvvəyə minməsindən sonra 15 gün ərzində bütün silahlar İsrailə təhvil verilməlidir.