...

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin yarımfinalında

İdman Materials 16 May 2024 12:18 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.

20 döyüşün yekununa əsasən, ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib. Onlardan 11-i Azərbaycan millisinin idmançılarıdır.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin dördüncü günündə 16 görüş keçiriləcək.

1/4 final
46 kq

Rüstəm Şahbazov (Azərbaycan) – Emil İsmayılov (Gürcüstan) – 3:2
Nursultan Duyşonaliyev (Qırğızıstan) – Ayxan Həsənov (Azərbaycan) – 0:5
Aidos Ussenov (Qazaxıstan) – Hüseyn Quliyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Ramiz Danieli (Gürcüstan) – Nurassil Kaiyrqazi (Qazaxıstan) – 4:1

48 kq
Mixail Paprotski (Belarus) – Nihad Qasımov (Azərbaycan) – 0:5
Kərəm Qocayev (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) – 0:5
Bexultan Xujamjar (Qazaxıstan) – Səid Aslanzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Nihad Qasımov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) – 5:0

50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Ceyhun Quliyev (Azərbaycan) – 5:0
Umar Orujbayev (Qırğızıstan) – Ülvü Ələkbərov (Azərbaycan) – 4:1
İsmayıl Rzayev (Azərbaycan) – Kərim Sultanov (Azərbaycan) – 5:0
Beka Okruaşvili (Gürcüstan) – Yerdavlet Atoyov (Qazaxıstan) – 0:5

57 kq
Kutmanbiy Muratov (Qırğızıstan) – Seyidəmir Quliyev (Azərbaycan) – 5:0
Daniil Kalistav (Belarus) – Akjurek Kalabay (Qırğızıstan) – 2:3
Tamerlan Əlimzanov (Azərbaycan) – Nihad Ağayev (Azərbaycan) – 5:0
Şahin Aslanov (Azərbaycan) – Vasil Nikolayenko (Gürcüstan) – 5:0

70 kq
Rza Rzayev (Azərbaycan) – Ülvi Novruzov (Azərbaycan) 5:0
Musa İbadov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Nurassil Karimbek (Qazaxıstan) – Maksim Ribak (Belarus) – 1:4
Umar İmanlı (Azərbaycan) – Mamuka Kakabadze (Gürcüstan) – 0:5

Xəbər lenti

Xəbər lenti