Bakı. Ternd:
İqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında azalma hiss olunur. Azərbaycan iqlim dəyişikliklərinə son dərəcə diqqətlə mübarizə aparır.
Trend xəbər verir ki, bunu ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Baş direktoru Mir Mövsüm Dadaşev ADA universitetində deyib.
Onun sözlərinə görə, Su Hetiyyatları Agentliyi tərəfindən alternativ su mənbələrindən istifadə, su sahəsinsə rəqəmsallaşmanın tətbiqi kimi uyğunlaşdırma tədbirləri aparılır.
"Ölkəmizdə keçiriləcək COP29 iştirakçılara yeni öhdəliklər götürmək və yeni addımlar atmaq üçün əlverişli fürsətdir. Məqsədimiz iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsində həll yollarını müzakirə etmək və yeni innovativ mübarizə üsullarını tapmaqdır".