...

Prezident İlham Əliyev: Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk

Siyasət Materials 16 May 2024 15:14 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk

Bakı. Trend:

Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti