...

Lənkəranda 22 yaşlı qızı öldürən şəxs də tələbə olub, bir evdə yaşayıblar - TƏFƏRRÜAT (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 16 May 2024 11:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2 aydır itkin kimi axtarışda olan 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Trend xəbər verir ki, onun cəsədi Lənkəran şəhərində evlərdən birinin zirzəmisindən tapılıb.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Trend-in əldə etdiyi məlumata görə, Könül Ağayevanın cəsədi tapılan ev iki nəfər tələbəyə kirayə verilib. Könül Ağayevada həmin evdə onlarla bir yerdə yaşayıb. Könül Ağayevanı öldürməkdə şübhəli bilinən Elvin İsmayılzadə onu evdəki pilləkənin altında basıdırb.

Məlumata görə, həmin evdə daha əvvəldə baxış keçirilsə də, Könül Ağayevanın cəsədi tapılmayıb.

K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub. 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəlib, bu ilin martın 2-dən isə itkin düşüb.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialından bildirilib ki, K.Ağayeva fevral ayından etibarən dərslərdə iştirak etməyib və bu barədə ailəsinə də məlumat verilib.

K.Ağayeva mayın 14-də doğulduğu Cəlilabad rayonu, Muğan qəsəbəsində dəfn olunub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

XXX
10.17

Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti