...

Bazar rəqəmsal transformasiyaya məruz qalırsa, tənzimləmə alətləri də məruz qalmalıdır - Nurlan Babayev

Cəmiyyət Materials 16 May 2024 12:29 (UTC +04:00)
Bazar rəqəmsal transformasiyaya məruz qalırsa, tənzimləmə alətləri də məruz qalmalıdır - Nurlan Babayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bazarın özü rəqəmsal tranformasiyaya məruz qalırsa, tənzimləmə alətləri də məruz qalmalıdır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024” çərçivəsində keçirilən panel iclası zamanı Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq-mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev deyib.

“Bazarın özü rəqəmsal transformasiyaya məruz qalırsa, həm fintekslər, həm ənənəvi bankçılıq, həm də tənzimləmə alətləri də rəqəmsal transformasiyaya məruz qalmalıdır. Biz rəqəmsal transformasiyada bir addım geridən gəlirik, bu proses paralel getmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ödəniş və elektron pul təşkilatları bazarda uzun zamandır var.

“Çox maraqdır ki, onların varlığını daha tez məhz cinayətkarlar müəyyən etdilər və istifadə etməyə başladılar. Bu da təbiidir, çünki tənzimləmə orqanları kollektiv qərarlar verməlidir, qərarlar bir neçə mərhələ keçməlidir. Cinayətkarlar da isə bu problem yoxdur”, - deyə Babayev bildirib.

Nurlan Babayev qeyd edib ki, istənilən məhsul bazara təqdim edilməzdən öncə onun riskləri ölçülməlidir.

“Bütün proseslər təhlil edilməlidir, risklər ölçülməlidir ki, sonra məhsulla sui-istifadə halları olmasın”, - deyə o bildirib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı “Fintex Summit 2024” keçirilir.

Xəbər lenti

Xəbər lenti