...

Bakıda keçirilən “Fintex Summit 2024” başa çatıb (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 16 May 2024 13:48 (UTC +04:00)
Bakıda keçirilən “Fintex Summit 2024” başa çatıb (FOTO) (YENİLƏNİB)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

15-16 may 2024-cü il tarixində Bakıda keçirilən “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı “Fintex Summit 2024” başa çatıb.

Trend xəbər verir ki, iki gün davam edən sammit çərçivəsində rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.

Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin inkişafından, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən, kibertəhdidlərdən və yeni çağırışılardan danışıblar.

xxx

09:42

Bakıda “Fintex Summit 2024”ün ikinci gününə start verilib.

Trend xəbər verir ki, sammitin ikinci günü çərçivəsində iki panel iclası keçiriləcək.

Panellərdə maliyyə sahəsində dələduzluğun qarşısının alınması, fintex sahəsinin inkişafı və çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, "Fintex Summit 2024" mayın 15-də başlayıb və bu gün başa çatacaq.

Sammitin ilk günündə Azərbaycanda rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı və rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.

Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin inkişafı, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən danışıblar.

Xəbər lenti

Xəbər lenti