Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur.
Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.