Bakı. Trend:
Peru Konqresinin (birpalatalı parlament) bir qrup deputatı korrupsiya qalmaqallarına görə prezident Dina Boluarteyə qarşı impiçment prosesinin başlanmasını təklif edib.
Trend-in məlumatına görə, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təklifi Konqresin 130 deputatından 28-i bəyənib. Parlament indi təşəbbüsün baxılmaq üçün qəbul edilib-edilməyəcəyinə səsvermə yolu ilə qərar verməlidir.
Təklifdə Boluartenin əli olduğu bir neçə qalmaqal sadalanıb. Xüsusilə, istintaqa maneçilik və qanunsuz varlanma şübhələri qeyd edilib.
Mayın 11-də Peru prokurorluğu antikorrupsiya işləri ilə məşğul olan polis bölməsinin ləğvi ilə əlaqədar Boluarte və Daxili İşlər Nazirliyinin istefa vermiş rəhbəri Valter Ortizə qarşı ilkin istintaqa başlayıb. Mart ayında dövlət başçısının evində qanunsuz varlanma işi ilə bağlı axtarış aparılıb.