...

Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkat Yeni Kaledoniyaya dəstək Bəyanatı yayıb

Siyasət Materials 16 May 2024 11:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb.

Trend xəbər verir ki, Bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsinin lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub.

Sənəddə Yeni Kaledoniyanın bu gün od-alov içərisində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsinin və 3 nəfərin qətlə yetirilməsinə görə məsuliyyətin Fransa hökumətinin üzərində olduğu vurğulanır. “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan “insan hüquqları ölkəsi” adlanan Fransa dövlətinin kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”, - deyə bəyanatda vurğulanır.

Eyni zamanda, Fransaya müstəmləkə siyasətini dayandırmaq və Kanak xalqına öz taleyini sərbəst həll etmək, beynəlxalq ictimaiyyətə isə kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamaq üçün çağırış edilir.

Bəyanata qoşulanlar həyəcan təbili çalaraq BMT Təhlükəsizlik Şurasının toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər.

Bəyanatın tam mətnini təqdim edirik:

“Biz, Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı təşkilatlarının nümayəndələri, senatorların və millət vəkillərinin qatıldığı Fransa hökumətinin Kanaki - Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə dəyişikliyin zorla tətbiq edilməsini pisləyirik.

Administrativ gücünə, himayəsində olan xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar edən Fransa müstəmləkəçi doktrinasına uyğun olaraq, amansızlığın nəticəsi Kanakilərin bu gün alov içində olmasıdır. Son günlər ərzində 150-yə yaxın insanın həbs edildiyi və 3 nəfərin qətlə yetirildiyi Kanakidə vətəndaş müharibəsi yenidən başlayıb. Bir çox mağaza yandırılıb, küçələr boşdur və bəzi yollar yandırılmış avtomobillərlə doludur.

Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan "insan hüquqları ölkəsi" adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur.

Kanak xalqı ilə tam həmrəyliyimizi ifadə edirik və seçki korpusunun genişlənməsinə qarşı və hökumətin təqdim etdiyi qanun layihəsinin geri götürülməsi üçün kanakların hazırkı mübarizəsini dəstəkləyirik.

Kanaki - Yeni Kaledoniyanın müstəqilliyə qovuşması beynəlxalq sənədlərə, xüsusən BMT-nin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı 1514 saylı qətnaməsinə uyğun bir öhdəlikdir. Buna görə Kanak xalqının və onun tərəfdarlarının bütün mövcud etirazları legitimdir.

Fransanı müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etmək hüququ verməyə çağırırıq!

Biz həmçinin beynəlxalq ictimaiyyəti Kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamağa çağırırıq!

Biz BMT üzv dövlətlərini BMT Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, habelə bu ali qurumun toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasını pisləməsinə çağırış edirik!”

Bəyanat müəllifləri:

Groupe d’Initiative de Bakou

Kanaky-Nouvelle Caledonie

FLNKS : Front de Libération Nationale Kanak et Socialiste

MJKF : Mouvement Des Jeunes Kanak en France

Maohi Nui-Polynésie Française

Tāvini Huiraʻatira

Guyane

MDES : Mouvement de Décolonisation et d'Emancipation Sociale

Martinique

PALIMA : Parti pour la Libération de la Martinique

Guadeloupe

ANG : Alyans Nasyonal Gwadloup

CIPPA : Comité d'initiative pour un projet alternatif

FKNG : Fòs pou konstwi nasyon Gwadloup

KSG : Kolèktif pou sové Gwadloup

MIR : Mouvement International pour les Réparations

UPLG : Union Populaire pour la Libération de la Guadeloupe

CIPN : Comité International des Peuples Noirs

Corse

Nazione

Xəbər lenti

Xəbər lenti