...

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək

Dünya xəbərləri Materials 17 May 2024 02:43 (UTC +04:00)

Bakı. Trend:

TikTok istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini sınaqdan keçirir.

Trend-in məlumatına görə, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Platformanın sahibi olan “ByteDance” şirkəti izah edib ki, indi uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması TikTok-da yeni məzmun növünün - televiziya şoularının tam epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.

Şirkət yeniliyin istifadəçilərə nə vaxt təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti