...

Mobil rabitə operatorları nə qədər gəlir əldə edib?

İqtisadiyyat Materials 16 May 2024 16:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rabitə və informasiya sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5 faiz artaraq 1040,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xidmətin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 36,7 faizi və ya 382,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti