Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində həyata keçirilən əməliyyatla baza bölgələrinə hücuma hazırlaşan 2 PKK/KCK terrorçusunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, "Tufan Koçer" kod adlı Ahmet Bayar və "Mervan Zerevan" kod adlı Əhməd İbrahim Əl Əhməd Türkiyə Silahlı Qüvvələrinin baza bölgəsinə sızmaq üçün təlimat alıblar.
Qeyd olunub ki, "Tufan Koçer" kod adlı terrorçu Ahmet Bayar 2012-ci ildə PKK terror təşkilatına qoşulub, keçmişdə Suriyada fəaliyyət göstərib və təşkilatın yüksək rütbəli şəxslərini mühafizə edib. "Mervan Zerevan" kod adlı suriyalı terrorçu Əhməd İbrahim Əl Əhmədin isə 2014-cü ildə Qəndil bölgəsində sui-qəsd təlimi aldığı müəyyən edilib.