...

Nigeriyada məsciddə partlayış olub, 11 nəfər ölüb

Dünya xəbərləri Materials 17 May 2024 00:09 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.

Trend-in məlumatına görə, bu barədə "BBC" telekanalı xəbər verib.

Məlumata əsasən, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib.

Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti