Bakı. Trend:
Finlandiyada təxminən 65 min avtomobil sahibinin məlumat sızması baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Nəqliyyat və Rabitə Agentliyi xəbər verib.
Qeyd olunub ki, Agentliyin müştərilərindən biri üçüncü tərəfə giriş təmin edib və o, eyni vaxtda təxminən 65 min avtomobil sahibinin məlumatlarını istəyib.
Bu məlumatlara giriş müvəqqəti olaraq bağlanıb, araşdırma aparılır