...

İngiltərə çempionatında VAR-ın tətbiqi müzakirə olunacaq

İdman Materials 17 May 2024 03:52 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi yenidən müzakirə olunacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna səbəb “Vulverhempton”un videotəkrardan imtina ilə bağlı müraciət ünvanlamasıdır.

Premyer Liqa rəhbəliyi iyunun 6-da şikayətlə bağlı toplantı keçirəcək. Qaydalara görə, çempionatda iştirak edən 20 klubdan 14-ü lehinə səs verəcəyi təqdirdə VAR-dan imtina oluna bilər.

Qeyd edək ki, İngiltərə mətbuatı əksər klubların “Vulverhempton”un təklifinə qarşı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti