Bakı. Trend:
Banqkokda keçirilən Asiya Futbol Konfederasiyasının Konqresi zamanı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilata üzv olan 211 ölkənin hamısını irqçiliklə mübarizə aparmağa çağırıb.
Trend-in məlumatına görə, uzun müddətdir irqçiliklə mübarizə üçün effektiv vasitələrin axtarışı üzərində işləyən FIFA oyunçuların hakimin diqqətini irqçilik və ya ayrı-seçkiliklə bağlı hadisələrə cəlb etmək üçün istifadə edəcəyi jesti – “başın üzərində çarpazlanmış əlləri” təklif edir.
"Futbolun qlobal bir cəmiyyət olaraq bir araya gəlməsi və oyundakı irqçilik problemini həll etmək üçün birmənalı bir öhdəlik götürməyin vaxtı çatıb" – deyə FIFA-nın məktubunda deyilir.
Qeyd etmək lazımdır ki, FIFA 2021-ci ildə Tokio Olimpiadasında qadın atıcılıq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində əlləri çarpazlaşdırılmış amerikalı Reyven Sondersin jestindən istifadə etməyi təklif edir.