Bakı. Trend:
BƏƏ-də Şarjah Masters şahmat turnirinin 3-cü turu azərbaycanlı şahmatçıların dueli ilə yadda qalıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Eltac Səfərli ilə Teymur Rəcəbov üz-üzə gəlib.
Təmsilçilərimizin görüşü sülhlə başa çatıb. Digər 2 şahmatçımız Məhəmməd Muradlı və Aydın Suleymanlı günü qələbə ilə başa vurub. Məhəmməd macar, Aydın isə türkiyəli rəqibini məğub edib.
Qeyd edək ki, 3 turdan sonra 2 xal toplayan Məhəmməd Muradlı 10-cu, Aydın Suleymanlı 29-cu, 1,5 xala malik Eltac Səfərli 40-cı, Teymur Rəcəbov isə 50-ci pillədə qərarlaşıb.