...

“Fintex Summit 2024” çərçivəsində sponsorlar və tərəfdaşlar mükafatlandırıldı (FOTO)

Cəmiyyət Materials 16 May 2024 11:48 (UTC +04:00)
“Fintex Summit 2024” çərçivəsində sponsorlar və tərəfdaşlar mükafatlandırıldı (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən “Fintex Summit 2024” çərçivəsində sammitin sponsorları və partnyorlarının mükafatlandırılması mərasimi baş tutub.

Trend xəbər verir ki, mükafatlandırılanlar sırasında sammitin qlobal sponsoru Visa da yer alıb.

Həmçinin, sammitin digər sponsorları və partnyorları, o cümlədən, bir sıra banklar və təşkilatların da nümayəndələrinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, "Fintex Summit 2024" mayın 15-də başlayıb və bu gün başa çatacaq.

Sammitin ilk günündə Azərbaycanda rəqəmsallaşma prosesləri, ödənişlər sənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsız ödənişlırin inkişafı, regionda fintez sahənin inkişafı və rəqəmsal valyutalar ətrafında fikir mübadiləsi aparılıb.

Spikerlər öz çıxışlarında ölkələrdə ödəniş sistemlərinin inkişafı, açıq bankçılıqdan, süni intellektin tətbiqinin müsbət və mənfi cəhətlərindən, nağdsız ödənişlərə keçidin sürətləndirilməsindən, rəqəmsal valyutaların gələcəyindən danışıblar.

Sammitin ikinci günü çərçivəsində iki panel iclası keçiriləcək.

Panellərdə maliyyə sahəsində dələduzluğun qarşısının alınması, fintex sahəsinin inkişafı və çağırışlar müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti