...

Moldova parlamenti Aİ-yə üzvlüklə bağlı referendum təyin edib

Dünya xəbərləri Materials 16 May 2024 21:42 (UTC +04:00)
Moldova parlamenti Aİ-yə üzvlüklə bağlı referendum təyin edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova parlamenti respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumunu oktyabrın 20-nə təyin edib.

Trend-in məlumatına görə, bu qərarı hakim Aksiya və Həmrəylik Partiyasından olan deputatlar iclasda qəbul ediblər.

"Konstitusiya üzrə respublika referendumunu 2024-cü il oktyabrın 20-nə təyin edilsin", - deyə qərarda bildirilib.

Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?”. Əsas qanunun preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilib. Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların ziddiyyətli müddəaları qarşısında üstünlüyü” təqdim edən bənd əlavə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti