...

“Android” telefonları üçün yeni funksiya: Fırıldaqçılar süni intellektlə aşkarlanacaq

Gündəm Materials 16 May 2024 12:02 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google”, “Android” istifadəçilərinin telefon fırıldaqlarının qurbanı olmasının qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri üzərində işləyir.

Trend-in məlumatına görə, şirkət I/O developer konfransında yeni zəng izləmə funksiyasını sınaqdan keçirdiyini elan edib.

“Google” bildirir ki, “Gemini”nin kiçildilmiş versiyası olan "Gemini Nano" cihazda işliyəcək. Fırıldaqla əlaqəli dil nümunələrini aşkar edə bilən süni intellekt istifadəçiləri real vaxtda xəbərdar edəcək. Məsələn, telefon danışığı zamanı qarşı tərəf sizin şəxsi məlumatlarınızı və ya kart şifrlərinizi soruşsa, süni intellekt sizi xəbərdar edəcək.

Qeyd edək ki, “Gemini Nano” tərəfindən izlənilən söhbətlər tamamilə cihazda baş verdiyi üçün gizli qalacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti