Bakı. Trend:
Mayın 16-da Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ilk oyunu keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Xəzri" komandaları qarşılaşıb.
Bunadək hər 2 görüşdə qalib gələn son çempion uğurunu davam etdirə bilməyib. İlk periodda üstünlüyü ələ keçirən "Xəzri" sonadək qələbə hesabını qoruyub. 90:75 hesabı ilə qalib gələn Murat Dikmenin komandası seriyada önə keçib.
Qeyd edək ki, final seriyasında 3 qələbə qazanan komanda qızıl medala yiyələnəcək.