...

"Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 35 meqabit/saniyə sürətlə təmin edəcək

İqtisadiyyat Materials 16 May 2024 15:51 (UTC +04:00)
"Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 35 meqabit/saniyə sürətlə təmin edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 35 meqabit/saniyə sürətlə təmin etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin baş direktoru Tural Pirverdiyev "GSMA M360 Eurasia 2024" konfransında deyib.

""Onlayn Azərbaycan" layihəsi mövcud ADSL (Asymmetric Digital Subscriber Line) texnologiyasını GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə əvəz etməyə yönəlib ki, bu da saniyədə 1 qiqabatadək sürətlə yüksəksürətli interneti təmin edəcək. Təşəbbüsün məqsədlərinə perspektivli və ekoloji cəhətdən təmiz infrastrukturun yaradılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin artırılması daxildir", - deyə o bildirib.

T.Pirverdiyev "Aztelekom"un Azərbaycanda telekommunikasiya sahəsində aparıcı provayder olduğunu qeyd edib.

"Bütün fəaliyyətimiz müddətində müştərilərimizin dəyişən ehtiyaclarını ödəmək üçün təklif etdiyimiz xidmətlərin, o cümlədən yüksək sürətli internet, telefon rabitəsi, televiziya və bir çox digər xidmətlərin siyahısını genişləndirmişik", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti