...

Bu ay gündəlik neft hasilatı 596 min barel olub

İqtisadiyyat Materials 16 May 2024 11:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Xəbər lenti

Xəbər lenti