...

510 reklam mətnində 2300 norma pozuntusu aşkar edilib

Gündəm Materials 16 May 2024 11:16 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Bakı şəhərindəki açıq məkankarda reklamlarla bağlı monitorinq aparıb.

Trend xəbər verir ki, monitorinq mağaza, dükan, ictimai-iaşə obyekt­ləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəz­lə­ri­, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də sosial xarakterli mətnlərdə aparılıb.

Qeyd olunub ki, ümumilikdə 510 reklam mətnində 2300 norma pozuntusu aşkar edilib.

"Onlardan 2028-i barədə, - 918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhviolub", - deyə hesabatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti