...

Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər - Alima Zimanova

Cəmiyyət Materials 16 May 2024 10:55 (UTC +04:00)
Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər - Alima Zimanova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Telekommunikasiya şirkətləri ən çox emissiya buraxan şirkətlərdir.

Trend xəbər verir ki, bu barədə “McKinsey & Company”nin Mərkəzi Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara 30 faiz artıq ödəniş etməyə hazırdır.

“Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib. Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90 faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata keçirmək daha asandır.

Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl enerjidən istifadə etməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Xəbər lenti

Xəbər lenti