...

ADA Universiteti COP29 konfransına hazırlıqda fəal iştirak edir

Yaşıl iqtisadiyyat Materials 16 May 2024 14:30 (UTC +04:00)
ADA Universiteti COP29 konfransına hazırlıqda fəal iştirak edir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. ADA Universiteti iqlim dəyişmələri məsələləri üzrə çox sayda müzakirələr, diskussiyalar və konfranslar təşkil etməklə konfransa hazırlıqda fəal iştirak edir.

Trend xəbər verir ki, bu barədə ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə Universitetdə keçirilən İqlim-Su Zirvəsində ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində deyib.

"Ötən həftə COP29-un prezidenti Muxtar Babayevlə Bakı sammitində akademik elmi müzakirələrə daha çox diqqət yetirilməli olduğuna dair fikri müzakirə etdim. Əvvəlki sammitlərlə müqayisədə, bu il alimlərin fəal şəkildə cəlb edilməsi, onlar üçün xüsusi platformaların yaradılması və cari dəyişikliklərə həsr olunmuş müzakirələrdə iştiraklarının təşkili nəzərdə tutulur. Onlar aparılan müzakirələr əsasında siyasətçilərə öz tövsiyələrini verə biləcəklər", - deyə o qeyd edib.

F.İsmayılzadə ADA Universitetinin istənilən vaxt bütün müzakirələr üçün platforma qismində çıxış edə biləcəyini vurğulayıb.

"Bu ilin əvvəlindən artıq 10 konfrans təşkil etmişik. Hamı, o cümlədən, alimlər və siyasətçilər üçün diskussiyaları təmin etmək məqsədilə bütün il ərzində bu kimi tədbirlərin təşkilini davam etdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsi keçirilib.

Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və özəl sektordan ekspertləri iştirak ediblər.

Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru, Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink" şirkətinin baş direktoru olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti