...

Bütün gömrük prosedurlarının rəqəmsallaşdırılması təmin olunmalıdır - Samir Şərifov

İqtisadiyyat Materials 2 May 2024 10:33 (UTC +04:00)
Bütün gömrük prosedurlarının rəqəmsallaşdırılması təmin olunmalıdır - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Bütün gömrük prosedurlarının rəqəmsallaşdırılması təmin olunmalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

Nazir Azərbaycanın yeni liman kompleksinin tikintisinə mühüm vəsait yatırdığını və kompleksin genişləndirilməsi prosesinin davam etdiyini qeyd edib.

"Biz dəmir yolunun tikintisinə də mühüm vəsait yatırmışıq", - deyə S.Şərifov əlavə edib.

Onun sözlərinə görə, Orta Dəhliz təkcə milli avtomagistralları birləşdirən dəmir yolu deyil.

"Bu dəhlizin daha bir qolu - Azərbaycandan Gürcüstanın Qara dəniz limanlarına, daha sonra isə Avropaya fiber-optik kabel çəkilişi əlçatandır", - deyə nazir qeyd edib.

Nazir, həmçinin, rəqəmsallaşmanın Orta Dəhlizlə bağlı suallara mühüm cavab olacağını bildirib.

"Gömrük prosedurlarını rəqəmsallaşdırmaq vacibdir. Bunun mühüm alternativ olduğuna dair anlayış artmaqdadır və bu marşruta daha çox məhsul və logistika cəlb etməyə davam etməliyik. Bu dəhliz çox mühüm aktivdir", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti