...

Mədəniyyətin bərpası sülhə aparan çağırışlarla doludur - Elman Abdullayev

Cəmiyyət Materials 2 May 2024 12:03 (UTC +04:00)
Mədəniyyətin bərpası sülhə aparan çağırışlarla doludur - Elman Abdullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni irsin qorunması istiqamətində səylərimizin birləşdirilməsinin vacib olduğunu hesab edirik.

Trend xəbər verir ki, bu baradə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibələrdən sonra mədəni irsə böyük ziyan dəyir.

"Amma ümid hər zaman var. Mədəniyyətin bərpası sülhə aparan çağırışlarla doludur. Biz daim nəzərdə saxlamalıyıq ki, konfliktlərin həllində mədəniyyətlərarası dialoq önəmlidir. Biz mədəniyyətlər arasında körpü qurmalıyıq. Konflikt sonrası mədəni irsin qorunması yollarını müzakirə etməli və həll yolları istiqamətində səylərimizi birləşdirməliyik. Bu, həmçinin, dünya mədəni irsinin qorunmasında vacib amildir",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti