...

Avropa İnvestisiya Bankı tezliklə Qara dənizdə sualtı internet kabeli layihəsinin qiymətləndirilməsini başa çatdıracaq

İqtisadiyyat Materials 2 May 2024 13:20 (UTC +04:00)
Avropa İnvestisiya Bankı tezliklə Qara dənizdə sualtı internet kabeli layihəsinin qiymətləndirilməsini başa çatdıracaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Avropa İnvestisiya Bankı yaxın zamanda Qara dənizdə sualtı internet kabeli layihəsinin qiymətləndirilməsinin başa çatacağını gözləyir.

Trend xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Bizim fərdi kapitalın səfərbərliyi üzrə qabaqcıl təcrübəmiz var. Regionla təhlükəsiz bağlantı üçün yüksək sürətli internetin təmin edilməsi son dərəcə vacibdir. Hazırda Gürcüstan və Rumıniya ilə sualtı rəqəmsal rabitə layihəsini qiymətləndiririk", - o deyib.

Çervinska regionda texniki bazarın sürətlə böyüdüyünü və bu növ xidmətlərə tələbatın yüksək olduğunu qeyd edib.

"Hazırda layihənin ümumi dəyərini qiymətləndiririk. Layihənin mürəkkəblik dərəcəsi çox yüksəkdir. Mühəndislik nöqteyi-nəzərindən digər məsələ layihəyə özəl kapitalın necə cəlb edilməsindən və maliyyələşdirmənin necə strukturlaşdırılmasından ibarətdir. Düşünürəm ki, yaxın zamanda, bir neçə ay sonra layihənin qiymətləndirilməsini bitirəcəyik", - o deyib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti