...

Azərbaycandan Avropaya "yaşıl" dəhliz layihəsinin texniki-iqtisadi əsaslandırmasının nə zaman hazırlanacağı açıqlanıb

İqtisadiyyat Materials 2 May 2024 09:55 (UTC +04:00)
Azərbaycandan Avropaya "yaşıl" dəhliz layihəsinin texniki-iqtisadi əsaslandırmasının nə zaman hazırlanacağı açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycandan Avropaya "yaşıl" dəhliz layihəsinin (Qara dənizin dibi ilə sualtı kabel layihəsi) texniki-iqtisadi əsaslandırması bu ilin iyul ayınadək hazır olacaq.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Prays Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində “Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)” mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Biz çoxtərəfli inkişaf bankı olaraq dəstək göstəririk. Hökumətin nəyə ehtiyacı olduğunu bilirik və bu nəticələri etibarlı etmək imkanına malik olmaq üçün texniki konsultasiyalar, maliyyələşdirmə və s. təklif edirik. Texniki-İqtisadi Əsaslandırmada (TİƏ) texniki, iqtisadi, maliyyə, institusional və hüquqi aspektlər nəzərdən keçiriləcək.

TİƏ proqramı 2024-cü ilin iyul ayında hazır olmalıdır. Hazırda bu, dünyada ən aktual tədqiqatdır. Bu böyük, iddialı regional layihənin bir hissəsinə çevrilməyə maraq göstərən ölkələr var. Beləliklə, bu faktiki olaraq proqramın reallaşdırma müddətini bir qədər uzatdı, biz, əlbəttə, işləməyə davam edəcəyik", - o deyib.

Praysın sözlərinə görə, Dünya Bankı layihənin həyat qabiliyyətli olduğunun təsdiqlənəcəyini gözləyir.

"Bank artıq ikinci təşəbbüsün, "Energetikanın gücləndirilməsi" adlı ikinci layihə və ya proqramın hazırlığına başlayıb. Proqramın məqsədi "yaşıl" dəhliz layihəsinin hazırlanması və reallaşdırılmasına kömək göstərməkdən ibarətdir", - o deyib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti