Bakı. Trend:
“Formula-1” komandası “Ferrari” yeni dizayn olunmuş avtomibilinin təqdimatını keçirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi həftə sonunda Mayami Qran-prisində yeni bolidlə çıxış edəcək.
“Ferrari”nin pilotları mavi kombinezon, göy çəkmələr və göy-mavi dəbilqədə çıxış edəcəklər. Məlumatda göy çalarların kompaniyanın ABŞ bazarında 70 illik fəaliyyətinə həsr olunub.
Qeyd edək ki, dünya çempionatının 6-cı mərhələsi mayın 3-5-də Mayamidə baş tutacaq.