...

Sosial media mədəni əlaqələrin inkişafına yol açır - Luçin Razoui

Cəmiyyət Materials 2 May 2024 09:56 (UTC +04:00)
Sosial media mədəni əlaqələrin inkişafına yol açır - Luçin Razoui
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial media platformaları bənzər fikirli icmaların formalaşmasında rol oynayıb.

Trend xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Eyni zamanda, sosial media təcrid etmə xüsusiyyətinə də malikdir. Neqativ fikirlərin təbliğinə və reallığın dəyişdirilməsinə gətirib çıxarır. Sosial media mədəni əlaqələrin də inkişafına yol açır.

Fərqli mədəniyyətlərlə tanışlıq mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Sosial media insanları bir araya gətirməklə yanaşı, mədəni mübadiləni də müvafiq miqyasda genişləndirə bilir. Amma unutmamalıyıq ki, sosial medianın mənfi yönləri də mövcuddur. Reallıqlar, məlumatlar bəzən yanlış və təhrif olunmuş formada çatdırılır”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti