...

Sosial mediada bir çox jurnalistlər birləşə bilib - Brayn Mayer

Cəmiyyət Materials 2 May 2024 10:42 (UTC +04:00)
Sosial mediada bir çox jurnalistlər birləşə bilib - Brayn Mayer
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox hallarda münaqişələrdə sosial medianın rolu görünür.

Trend xəbər verir ki, bu barədə Argentina müdafiə nazirinin müşaviri Brayn Mayer VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Sosial mediada bir çox jurnalistlər birləşə bilib. Peşəkar şəkildə və yaxşı niyyətlə istifadə edildikdə, sosial media bizə yardım edə bilər. Həmçinin, bir çox mühüm məlumatlara çıxış üçün sosial mediadan istifadə edə bilərik.

Biz unutmamalıyıq ki, sosial medianın neqativ yönləri mövcuddur. Lakin bunu çox önə çıxararaq, müsbət tərəflərini gözardı edə bilmərik”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti