Bakı. Trend:
Keniyada aprel ayında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 179 nəfər ölüb, daha 90 nəfər itkin düşüb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
"Dünən daha 10 nəfərin ölümü qeydə alınıb, 20 nəfər itkin düşüb, bununla da ölkə üzrə itkin düşənlərin ümumi sayı 90-a çatıb.
Ümumilikdə 185 min keniyalı evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb", -məlumatda qeyd edilib.