...

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib (FOTO)

İqtisadiyyat Materials 2 May 2024 12:42 (UTC +04:00)
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildi", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti