...

Gürcüstan Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarından biridir - Samir Şərifov

İqtisadiyyat Materials 2 May 2024 10:28 (UTC +04:00)
Gürcüstan Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarından biridir - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Gürcüstan Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarından biridir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

Nazir Azərbaycanın "yaşıl" Azərbaycan-Aİ dəhlizi layihəsində rol oynamaqdan qürur duyduğunu bildirib.

O, layihənin elektri enerjisi tədarükünü nəzərdə tutduğunu vurğulayıb.

"Hamımız bilirik ki, bərpa olunan enerji istehsalı potensialından bir sıra məqsədlərlə istifadə olunur", - deyən S.Şərifovn Azərbaycanın Dünya Bankı və AİB-in böyük rolunu gördüyünü qeyd edib.

Nazir həmçinin AİB-in layihənin reallaşdırılmasında vacib aktor olduğunu vurğulayıb.

"Texniki-iqtisadi əsaslandırma reallaşdırma mərhələsindədir. Azərbaycan bərpa olunan enerji istehsalı üzrə gücünü işə salmağı planlaşdırır, bunun nəticəsində təqribən 2 qiqavat bərpa olunan enerji istehsal edəcəyik. Bu isə həm milli investisiyalar, həm də əsasən özəl kapital qoyuluşu hesabına həyata keçiriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti