...

İranda turizm kəndi yanıb (VİDEO)

Dünya xəbərləri Materials 2 May 2024 13:28 (UTC +04:00)
İranda turizm kəndi yanıb (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonunda turizm kəndi olan İmamzadə İbrahim kəndində 100 yaşayış və ticarət binası yanıb.

Trend-in məlumatına görə, bunu İranın Şəft rayonu qubernatoru Mehdi Nəqdi deyib.

Onun sözlərinə görə, baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.

Nəqdi əlavə edib ki, ətraf kəndlərdən yanğınsöndürmə xidmətləri əraziyə cəlb olunsa da, binalar ağac materiallarından tikildiyinə görə, tamamilə yanıb.

Qubernator yanğına səbəbin elektrik qısaqapanması olduğunu deyib.

Qeyd edək ki, qeyd olunan turizm kəndi 2013-cü ildə də təxminən 100 bina yanmışdı. Bu turizm kəndinə yaz və yay fəsillərində çoxlu sayda ziyarətçi axışır.

Xəbər lenti

Xəbər lenti