...

Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

İdman Materials 2 May 2024 03:11 (UTC +04:00)
Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində

Bakı. Trend:

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması Düşənbə Böyük Dəbilqəsində iştirak edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimiz mayın 3-5-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək turnirdə 5 idmançı ilə təmsil olunacaq.

Yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında cüdoçularımız 3 çəki dərəsində yarışacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 71 ölkədən 421 idmançı medallar uğrunda mübarizə aparacaq.

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

57 kq
Acelya Toprak
Fidan Əlizadə

Xəbər lenti

Xəbər lenti