...

Nyu-York prokurorluğu Trampdan 370 milyon dollar tələb edir

Dünya xəbərləri Materials 6 Yanvar 2024 04:11 (UTC +04:00)
Nyu-York prokurorluğu Trampdan 370 milyon dollar tələb edir

Bakı. Trend:

Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms məhkəmədən sabiq ABŞ prezidenti Donald Trampdan "Trump Organization" aktivləri ilə bağlı fırıldaqçılıq işi üzrə 370 milyon dollar alınmasını tələb edib.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, məhz bu məbğləğdə prokurorluq keçmiş Amerika liderinin aktivlərinin şişirdilmiş dəyəri sayəsində əldə edə bildiyi gəlirini hesabladıyıb. Bundan əlavə, J.Ceyms məhkəmədən Trampın, həmçinin "Trump Organization" şirkətinin iki keçmiş işçisi Allen Vaysselberq və Ceffri Makkoninin Nyu-York ştatında “daşınmaz əmlak sənayesində iştirakını” ömürlük qadağan etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti