...

Bayden Respublikaçıların namizədinin Tramp olacağından əmindir

Dünya xəbərləri Materials 24 Yanvar 2024 15:39 (UTC +04:00)
Bayden Respublikaçıların namizədinin Tramp olacağından əmindir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-Hempşir ştatında keçirilən praymeriz seçkilərinin nəticələri ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçıların namizədinin Donald Tramp olacağından xəbər verir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.

"Artıq aydındır ki, Donald Tramp Respublikaçıların prezidentliyə namizədi olacaq", - o deyib.

Bayden seçkilərdə təkcə demokratların deyil, həm də respublikaçıların və heç bir partiyaya mənsub olmayan vətəndaşların da dəstəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək. ABŞ-nin hazırki prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp da seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti