...

Bayden ilə Si Cinpin yaxın aylarda telefon danışığı aparacaqlar

Dünya xəbərləri Materials 28 Yanvar 2024 01:32 (UTC +04:00)
Bayden ilə Si Cinpin yaxın aylarda telefon danışığı aparacaqlar

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin yaxın aylarda telefon danışığı aparacaq.

Trend-in məlumatına görə, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisi Banqkokda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Çinin xarici işlər naziri Vanq Yi ilə görüşünə həsr olunan brifinqdə bildirib.

"Tərəflər strateji kommunikasiya kanalları vasitəsilə təmasların davam etdirilməsinə sadiqdirlər və hər iki istiqamətdə təkcə hökumət səviyyəsində deyil, həm də yaxın aylarda iki lider arasında telefon danışığı vasitəsilə əlavə kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər", - ABŞ rəsmisi qeyd edib.

O, C.Bayden və Si Cinpin arasında gözlənilən danışıq üçün konkret tarix açıqlamayıb və bunun yazda baş tutacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti