...

İstanbulda kilsəyə silahlı hücum edənlər saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Yanvar 2024 00:10 (UTC +04:00)
İstanbulda kilsəyə silahlı hücum edənlər saxlanılıb (YENİLƏNİB)

Bakı. Trend:

İstanbulda kilsəyə silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib.

"İstanbulun Sarıyer rayonunda “Santa Mariya” kilsəsində ibadət zamanı vətəndaşımız Tuncer Cihanın ölümünə səbəb olan iki şübhəli tutuldu”, - deyə o qeyd edib.

XXX

22:40

İstanbulda kilsəyə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti