...

İstanbulda katolik kilsəsinə edilən silahlı hücumda İŞİD-in əli var - Ali Yerlikaya

Dünya xəbərləri Materials 29 Yanvar 2024 02:10 (UTC +04:00)
İstanbulda katolik kilsəsinə edilən silahlı hücumda İŞİD-in əli var - Ali Yerlikaya
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Mariya” kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya keçirdiyi mətbuat konfransında deyib.

“Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür”, - deyə o bildirib.

Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti