...

Bayden Ukraynasız İsrailə yardım layihəsinə veto qoyacaq - Ağ Ev

Dünya xəbərləri Materials 6 Fevral 2024 04:16 (UTC +04:00)
Bayden Ukraynasız İsrailə yardım layihəsinə veto qoyacaq - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ölkə Konqresində qəbul olunacağı təqdirdə, Ukraynaya dəstək və ABŞ sərhədlərinin təhlükəsizliyini ehtiva etməyən İsrailə yardım göstərilməsi ilə bağlı qanun layihəsinə veto qoyacaq.

Trend-in məlumatına görə, Ağ Evin İdarəetmə və Büdcə İdarəsi yaydığı yazılı açıqlamada bildirib.

"Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiyləni rədd etməyə və bunun əvəzinə əlavə milli təhlükəsizlik maliyyəsi təmin etmək üçün tez bir zamanda iki partiyalı qanun layihəsini Prezidentin masasına göndərməyə çağırır", - deyə qeyd olunub.

İdarə bildirib ki, Amerika administrasiyası belə bir qanun layihəsinə “qətiyyətlə qarşı çıxır”, çünki sənəddə ABŞ sərhədlərini qorumaq və Ukraynanın dəstəyi üçün heçnə nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti