Bakı. Trend:
ABŞ Dövlət Departamenti Polşaya 1,2 milyard dollar dəyərində radar kəşfiyyat sistemlərinin satışına dair sazişi təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sazişə əsasən Polşa ABŞ-dan hava və yerüstü radar kəşfiyyat sistemləri, sensor sistemləri və digər hərbi avadanlıqlar tədarük edəcək.
Mümkün sövdələşmənin NATO müttəfiqinin döyüş qabiliyyətini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik sahəsində maraqlarının həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.